• Bakı 17° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

“Dünyada siqaret çəkənlərin sayı 27% azalıb” - ÜST

DÜNYA

06 Oktyabr 2025 | 23:18

“Dünyada siqaret çəkənlərin sayı 27% azalıb” - ÜST

Son 15 ildə dünyada siqaret çəkənlərin sayı 1,38 milyarddan 1,2 milyarda düşərək 27% azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

Məlumata görə, hazırda planetdə hər beş yetkin insandan biri tütün aludəçisi olaraq qalır ki, bu da hər il milyonlarla qarşısı alına bilən ölümə səbəb olur.

ÜST Baş Direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, tütün sənayesi əldə olunan irəliləyişə qarşı çıxaraq gəncləri hədəf alan yeni nikotin tərkibli məhsullar istehsal edir. Təşkilat bütün dünya hökumətlərini tütünlə mübarizə tədbirlərini gücləndirməyə çağırıb.

Buraya elektron siqaretlər və digər yeni nikotin məhsullarının tənzimlənməsi, tütün vergilərinin artırılması, reklamın qadağan olunması və siqareti buraxma xidmətlərinin genişləndirilməsi daxildir.

ÜST vurğulayıb ki, bu addımlar həm gənclərin qorunmasına, həm də milyonlarla insanın siqareti tərgitməsinə kömək edəcək.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025