• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu ölkədə güclü zəlzələ oldu

DÜNYA

08 Avqust 2025 | 00:56 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə güclü zəlzələ oldu

Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, episentri Yeni İrlandiyada olan zəlzələ təxminən 19 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyanın əksər zəlzələləri və vulkan püskürmələri bu bölgədə baş verir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026