Böyük Britaniyanın İsraildəki səfiri Saymon Uolters Qəzzada müharibənin uzadılmasının daha çox ölümlə nəticələnəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə "Haaretz" qəzetinə açıqlamasında danışıb.
İsrail Təhlükəsizlik Kabinetinin (İTK) baş nazir Binyamin Netanyahunun Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini qəbul etməsini "böyük səhv" adlandıran səfir qeyd edib ki, İsrail Qəzzada əldə edə biləcəyi hər şeyə nail olub və müharibəni uzatmaq sadəcə daha çox ölümlə nəticələnəcək.
"Əgər "HƏMAS"ı məğlub etmək istəyirsinizsə, buna hərbi güclə nail ola bilməzsiniz. Siz siyasətdən və diplomatiyadan istifadə etməli və Qəzza xalqına "HƏMAS"a alternativ verməlisiniz.
Xatırladaq ki, Böyük Britaniya Fələstin dövlətini tanıma planları olduğunu açıqlamışdı.