Norveç hakimiyyəti Rusiyanın "Norebo" və "Murman Seafood" balıqçılıq şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında məlumat verilib.
Oslo sanksiyaların tətbiqini milli maraqları və təhlükəsizliyi qorumaq və Rusiyanın hibrid fəaliyyətinə cavab verməklə izah edib. Belə ki, hökumət "Norebo" və "Murman Seafood" şirkətlərinin Norveç və müttəfiq ölkələrin dəniz ərazilərində sualtı infrastrukturun kəşfiyyatı apardığı Avropa İttifaqının məlumatlarına istinad edib.
Sanksiyalara Rusiya şirkətlərinin sahib olduğu və ya idarə etdiyi bütün aktivlərin dondurulması, habelə onlara maliyyə və əmlak verilməsinə qadağa daxildir. "Norebo" və "Murman Seafood" gəmilərinin Norveç ərazi sularına və limanlarına çıxışı qadağan ediləcək.
Şirkətlərə Norveç iqtisadi zonasında balıq tutmaq üçün lisenziya da verilməyəcək.
Gülşən Şərif