• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Hakan Fidan Misirə gedir

DÜNYA

08 Avqust 2025 | 11:35

Hakan Fidan Misirə gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, H.Fidan Misirə səfəri çərçivəsində ölkə Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Keçiriləcək görüşlərdə ikitərəfli məsələlərin, regional hadisələrin və çoxşaxəli əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsinin aparılacağı gözlənilir. Həmçinin Qəzzadakı hadisələrin dayandırılması və humanitar yardımın fasiləsiz şəkildə çatdırılması üçün birgə səylərin müzakirə olunması da nəzərdə tutulur.

Xatırladaq ki, ötən gün türkiyəli nazir Suriyaya rəsmi səfər etmiş və ölkənin keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026