• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır

DÜNYA

08 Avqust 2025 | 11:25

Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır

Almaniya təhlükəsizlik sahəsində siyasətin daha səmərəli əlaqələndirilməsi üçün Milli Təhlükəsizlik Şurasının formalaşdırılması prosesində irəliləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “dpa” agentliyi hökumətdəki mənbələrə istinadən bildirib.

Şura ilə bağlı prosedur qaydalar Nazirlər Kabinetinin avqustun 27-də keçiriləcək iclasında təsdiqlənəcək.

Kanslerin rəhbərlik edəcəyi şuranın tərkibinə aparıcı nazirlər, həmçinin Almaniyanın federal torpaqlarının nümayəndələri, müttəfiq ölkələrin və təşkilatların (Avropa İttifaqı, NATO) rəsmi şəxsləri daxil olacaq.

Şura daxili, xarici, rəqəmsal və iqtisadi təhlükəsizlik də daxil olmaqla milli təhlükəsizliyin müxtəlif aspektləri ilə məşğul olacaq.

Milli Təhlükəsizlik Şurası böhran zamanı toplanacaq, eləcə də uzunmüddətli strategiyalar hazırlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026