• Bakı 31° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Netanyahunun Qəzza ilə bağlı planı təsdiqləndi

DÜNYA

08 Avqust 2025 | 11:31

Netanyahunun Qəzza ilə bağlı planı təsdiqləndi

İsrailin hərbi-siyasi kabineti ölkənin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağına tam nəzarətin ələ keçirilməsi ilə bağlı planını təsdiqləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb. 

Bildirilib ki, İsrail döyüş əməliyyatları zonasından kənarda olan mülki əhaliyə humanitar yardım göstərəcək.

Münaqişənin başa çatmasına dair qəbul edilən plan aşağıdakı mərhələlərdən ibarətdir:

-HƏMAS-ın tərk-sulah edilməsi;

-Girovların və həlak olanların cəsədlərinin qaytarılması;

-Qəzza zolağının demilitarizasiyası;

-İsrail tərəfindən Qəzzada təhlükəsizliyin təmin edilməsi;

-HƏMAS və yaxud Fələstin rəhbərliyi ilə əlaqəli olmayan alternativ mülki idarəetmənin təşkili.


SON XƏBƏRLƏR

07 Avqust 2025