• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Turistə nalayiq hərəkət edən dondurmaçı cəzalandırıldı - VİDEO

DÜNYA

09 Iyul 2025 | 10:40

Turistə nalayiq hərəkət edən dondurmaçı cəzalandırıldı - VİDEO

İstanbulun Beyoğlu adlanan mərkəzi ərazisində xanım turistə qarşı nalayiq hərəkətlər edən dondurma satıcısı barəsində tədbir görülüb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, “külah oyunu” adı ilə gənc xanıma fiziki təmas edən şəxsin işlədiyi obyekt bağlanıb. Həmin şəxs barəsində isə aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bildirilir ki, Maraş dondurması məntəqəsində “külah oyunu” turistik element kimi çox yayılıb. Lakin Beyoğlundakı hadisə zamanı milli geyimdə olan dondurmaçının hərəkətləri etiraza səbəb olub. Türkiyənin turitsik imicinin qorunması məqsədilə bu kimi hərəkətlərə qarşı sərt tədbirlər görülür.


SON XƏBƏRLƏR