Hindistanın Qucarat ştatında Qambhira körpüsünün bir hissəsinin çökməsi nəticəsində azı 8 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Bu barədə Bakıvaxtı.az-a “The Times of India”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə yerində polis, yanğınsöndürənlər və xilasedicilər işləyirlər.
Bildirilib ki, hadisə nəticəsində 8 nəfər həlak olub.
"Körpünün bir hissəsi qəflətən çöküb. Bu hissədən keçən üç avtomobil çaya düşüb. Biz xilasetmə əməliyyatına başladıq. 10 nəfər çaydan çıxarılıb", - yanğınsöndürmə xidmətinin əməkdaşı bildirib.
Qeyd edilib ki, xilasetmə əməliyyatı davam edir. Çökmənin səbəbləri araşdırılır.
Qambhira körpüsü Vadodaradan (Qucaratın 3-cü ən böyük şəhəri) təxminən 25 km məsafədə yerləşir və regionun nəqliyyat əlaqəsində mühüm rol oynayır.