• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bu sosiska məhsulları Azərbaycana gətirilməyib - AQTA-dan açıqlama

CƏMİYYƏT

08 Iyun 2025 | 13:35

Bu sosiska məhsulları Azərbaycana gətirilməyib - AQTA-dan açıqlama

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. 

AQTA-dan Bakıvaxtı.az-a bildirilib ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.


SON XƏBƏRLƏR

07 Iyun 2025