• Bakı 27° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

CƏMİYYƏT

08 Iyul 2025 | 12:13

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Bu gündən etibarən 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verib.

    Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq, Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.

    Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.

    Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.


    SON XƏBƏRLƏR