• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

BDYPİ 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb

CƏMİYYƏT

07 Avqust 2025 | 10:11

BDYPİ 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb

Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.

Bu barədə Bakıvaxtı.az-a BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

    Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


    SON XƏBƏRLƏR

    06 Avqust 2025