• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Ürəkbulanmadan şikayətlənirdi, mədəsindən saç kütləsi çıxarıldı - FOTO

CƏMİYYƏT

07 Avqust 2025 | 10:24

Ürəkbulanmadan şikayətlənirdi, mədəsindən saç kütləsi çıxarıldı - FOTO

İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb. 

Bildirilib ki, 9 yaşlı uşağın mədəsində qastrotomiya əməliyyatı icra olunub. Aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. 

Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 

Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.


SON XƏBƏRLƏR

06 Avqust 2025