• Bakı 25° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər... - YENİLƏNİB

CƏMİYYƏT

09 Iyun 2025 | 12:36

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər... - YENİLƏNİB

Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Daxil olan digər 9 nəfər xəstə isə azyaşlı uşaq olub.

Həkim-infeksionist qeyd edib ki, aparılan simptomatik yardımlar sonrası və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıb: "Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq zəhərlənmə halının çox olduğu məlumatı bizdə vardır. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib"

***

09:29

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

    Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

    Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    08 Iyun 2025