Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunçusu Nigar Mirzəliyeva "Zenit"in heyətində Rusiya Superkubokunun qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, Sankt-Peterburq komandası Yekaterinburq şəhərində keçirilən həlledici görüşdə "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə məğlub edib.
N.Mirzəliyeva oyuna start heyətdə çıxıb və sona qədər meydanda olub.
Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.