Bu həftə göy üzündə mühüm hadisələr baş verəcək. Oxatan bürcündə Dolunay tamamlanmaları və aydınlığı gətirir, Yupiterin Xərçəng bürcünə keçidi isə yeni fürsətlərin qapısını açır.
Ailə, sevgi, karyera və maliyyə sahələrində dəyişikliklər qaçılmazdır.
Bakıvaxtı.az həftəlik bürc qoroskopunu təqdim edir:
Qoç
Bu həftə Qoç bürcləri üçün aydınlıq dövrü başlayır. Oxatan bürcündəki Dolunay, münasibətlərdə “tamam ya da davam” qərarına səbəb ola bilər. Uzun müddətdir susulan məsələlər gündəmə gələcək.
Buğa
Buğalar həm duyğusal, həm də maliyyə baxımından rahatlamağa doğru irəliləyir. Dolunay, borc, miras, təzminat kimi mövzularda bir dövrü bitirir. Maliyyə yükündən azad olursunuz.
Əkizlər
Əkizlər üçün münasibətlər ön plandadır. Dolunay, ortaq qərarları, qurtuluşları və yeni başlanğıcları gündəmə gətirə bilər. Subaylar üçün gözlənilməz görüşlər mümkündür.
Xərçəng
Xərçəng bürcünə keçən Yupiter sizə il boyunca bolluq və şans gətirəcək. Eyni zamanda Dolunay, iş mühitində təmizləyici bir enerji ilə sizi fiziki və ruhi olaraq rahatlaşdıracaq.
Şir
Şir bürcləri bu həftə sevgi və yaradıcılıq sahələrində dönüş yaşayır. Uzun zamandır üzərində çalışdığınız bir layihəni tamamlayır və ya bir münasibətdə qərar verirsiniz. Uşaq və ailə planları gündəmdə ola bilər.
Qız
Ev və ailə ilə bağlı məsələlər Qız bürclərini düşündürür. Daşınma və ya ailə ilə bağlı önəmli qərarlar gündəmə gələ bilər. Yupiterin Xərçəng bürcünə keçidi ilə sosial çevrəniz genişlənir, yeni tanışlıqlar mümkündür.
Tərəzi
Tərəzilər üçün bu həftə kommunikasiya və qərar həftəsidir. Dolunay, yaxın çevrə ilə bağlı həqiqətləri üzə çıxarır. Uzun zamandır gözlənilən bir xəbər gələ bilər. Karyerada isə yeni fürsətləriniz var.
Əqrəb
Maliyyə axınında dönüş nöqtəsi başlayır. Əqrəblər üçün bu həftə yeni qazanc yolları və ya borc bağlanmaları gündəmə gəlir. Yupiterin keçidi ilə xaric, təhsil və mediaya dair böyük fürsətlər gələcək.
Oxatan
Həftənin əsas qəhrəmanı sizsiniz. Bürcünüzdə baş verən Dolunay, sizi hisslərinizlə üz-üzə qoyur. Həyatınızda yeni bir səhifə açılır. Yupiterin keçidi ilə mənəvi və maddi dönüşüm dövrünə girirsiniz.
Oğlaq
Oğlaqlar bu həftə özünə qapanır. Gizli mövzular, dərin duyğular gündəmə gəlir. Bir sirr üzə çıxa və ya uzun müddət gizlədilən bir hisslə üzləşilə bilər. Bu, daxili təmizlənmə və böyümə üçün fürsətdir.
Dolça
Dolçalar üçün sosial çevrə dəyişir. Dostluqlarda bitişlər yaşana bilər. Ancaq bu ayrılıqlar sizi daha dəyərli və səmimi əlaqələrə aparacaq. Əsl bağlar qurmaq üçün doğru zamandasınız.
Balıqlar
Balıqlar üçün karyera ön plandadır. Uğurlu bir layihə başa çatır və ya peşəkar imiciniz yenidən formalaşır. Rəhbərlərlə münasibətlər dəyişə bilər. İctimai mövqeyiniz güclənir.