Ukrayna və Rusiya arasında meyitlərin mübadiləsi gələn həftəyə planlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“İstanbulda aparılan danışıqların nəticələrinə əsasən, repatriasiya fəaliyyətinə başlanılması gələn həftəyə planlaşdırılır. Bu barədə çərşənbə axşamı səlahiyyətli şəxslərə məlumat verilib. Düşmənin çirkin informasiya oyununa baxmayaraq, hər şey plan üzrə gedir”, - Budanov bildirib.