Amerikanın "Saildrone" şirkəti NATO-nun "Task Force X" proqramı çərçivəsində Baltik dənizində pilotsuz suüstü gəmiləri sınaqdan keçirib.
Bakıvaxtı.az "Defence News"a istinadən xəbər verir ki, təlimlər zamanı suüstü gəmilər düşmən qüvvələrini, o cümlədən Rusiya hərbi gəmilərini uğurla müəyyən edib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, NATO hərbi baxımdan ən dinc olan Baltik regionunu hərbi qarşıdurma zonasına çevirə bilər.
Gülşən Şərif