• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Millimiz Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir

CƏMİYYƏT

16 Aprel 2026 | 13:45

Millimiz Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir

​Azərbaycanın kamandan oxatma millisi Qubada Belarus yığması ilə birlikdə toplanışdadır.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.

Aprelin 10-da start götürən və 20-nə qədər davam edəcək hazırlıq prosesinin əsas məqsədi kamandan oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər.


SON XƏBƏRLƏR