• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya Odessanı da vurdu: ölənlərin sayı artdı - YENİLƏNİB

    DÜNYA

    16 Aprel 2026 | 12:35

    Rusiya Odessanı da vurdu: ölənlərin sayı artdı - YENİLƏNİB

    Rusiyanın gecə saatlarında Odessaya hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, daha 23 nəfər yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında məlumat verib.

    "Təəssüf ki, Odessanın gecə atəşə tutulması nəticəsində 9 nəfərin həlak olması təsdiqlənib, daha 23 nəfər yaralanıb. Məlumat dəqiqləşdirilir", – Kiper yazıb.

    Məlumata görə, Rusiya qoşunları pilotsuz uçuş aparatları vasitəsilə Xarkov vilayətinin Merefa şəhərinə hücum edib.

    Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, zərbə nəticəsində bir qadın həlak olub, onun yaşı dəqiqləşdirilir. Daha altı nəfər yaralanıb.

    ***

    09:14

    Rusiya ordusunun aprelin 16-na keçən gecə Ukraynanın Odessa şəhərinə hava hücumu nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak “Telegram” səhifəsində bildirib.

    "Bu gecə şəhər Odessa şəhəri bir neçə raket və pilotsuz təyyarə hücumu ilə üzləşib. Şəhərin Hacıbeyli rayonundakı infrastruktur obyektlərinə və yaşayış binasına ziyan dəyib, partlayış dalğası bir neçə binanın pəncərələrini sındırıb. Bundan əlavə, “Primorski” rayonundakı parkda da ziyan qeydə alınıb”, - deyə Lisak əlavə edib.


    Rusiya Odessanı da vurdu: ölənlərin sayı artdı - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR