• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

"Coca-Cola" ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Səhiyyə işçiləri...

CƏMİYYƏT

16 Aprel 2026 | 14:34

Coca-Cola ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Səhiyyə işçiləri...

"Coca-Cola" və digər qazlı şirin içkilərin insan orqanizminə təsiri ilə bağlı beynəlxalq araşdırmalar bu məhsulların həm qısa müddətli təsirlərini, həm də uzunmüddətli risklərini yenidən gündəmə gətirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, xarici tibb portalları və elmi bazalarda dərc olunan məqalələr göstərir ki, geniş istehlak edilən bu içkilər ilk baxışda enerji versə də, müntəzəm istifadə zamanı ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Məsələn, "Medical News Today" portalında dərc olunan məqalədə qeyd olunur ki, bir banka "Coca-Cola"da təxminən 37 qram şəkər var ki, bu da gündəlik tövsiyə olunan normanı xeyli üstələyir. Araşdırmada bildirilir ki, bu cür yüksək şəkər miqdarı qanda qlükozanın sürətlə artmasına səbəb olur və zamanla piylənmə, insulin müqaviməti və şəkərli diabet riskini artırır.

Digər məşhur sağlamlıq platforması olan "WebMD" isə kola tipli içkilərin demək olar ki, heç bir qida dəyərinə malik olmadığını vurğulayır. Məlumata görə, bu içkilər “boş kalori” mənbəyi hesab olunur və müntəzəm istifadə ürək-damar xəstəlikləri, diş çürüməsi və metabolik pozuntularla əlaqələndirilir.

Bununla yanaşı, "PubMed" bazasında yer alan bəzi elmi tədqiqatlar "Coca-Cola"nın qeyri-adi tibbi tətbiqlərinə də diqqət çəkir. Belə ki, müəyyən hallarda bu içkinin mədədə yaranan və “bezoar” adlanan kütlələrin parçalanmasında köməkçi vasitə kimi istifadə olunduğu bildirilir. Lakin mütəxəssislər bunun yalnız həkim nəzarəti altında tətbiq edilə biləcəyini xüsusi vurğulayırlar.

Mütəxəssislərin ümumi qənaətinə görə, "Coca-Cola" kimi qazlı içkilərdən tam imtina edilməsə belə, onların istehlakı minimum səviyyədə saxlanılmalıdır. Qısa müddətli enerji və stimullaşdırıcı təsirinə baxmayaraq, uzunmüddətli sağlamlıq riskləri bu içkilərin gündəlik rasionda əsas yer tutmasını məqsədəuyğun hesab etmir.

Səhiyyə ekspertləri əhalini daha sağlam alternativlərə – su, təbii şirələr və şəkərsiz içkilərə üstünlük verməyə çağırır.

Murad İsmayıl


SON XƏBƏRLƏR