• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Makron Böyük Britaniyaya səfər edib

DÜNYA

08 Iyul 2025 | 17:16

Makron Böyük Britaniyaya səfər edib

Fransa Prezidenti Emmanuel Makron Kral III Çarlzın dəvəti üzrə həyat yoldaşı ilə birlikdə Böyük Britaniyaya üç günlük dövlət səfərinə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Makron “X” hesabında bildirib.

Bu, “Brexit”dən sonra Aİ üzvü olan dövlətin başçısının, eyni zamanda, 2008-ci ildə Nikola Sarkozidən sonra Fransa Prezidentinin Britaniyaya ilk səfərdir.

Səfər zamanı Vindzor qəsrində kral III Çarlz Makronu qəbul edəcək, Baş nazir Kir Starmer Fransa lideri ilə immiqrasiya məsələlərinə həsr olunmuş görüş keçirəcək.


SON XƏBƏRLƏR