• Bakı 23° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Trampın iqtisadi siyasəti ABŞ-ni hara aparır?

DÜNYA

08 Iyul 2025 | 17:28

Trampın iqtisadi siyasəti ABŞ-ni hara aparır?

ABŞ prezidenti Donald Tramp Yaponiyadan idxal olunan mallara avqustun 1-dən etibarən 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ prezidenti həmçinin xəbərdarlıq edib ki, Amerika mallarına rüsumların artırılması onun administrasiyasının ekvivalent tədbirləri ilə qarşılanacaq. Yaponiyanın baş naziri Şiqeru İşiba Trampın bu qərarını "həqiqətən təəssüfləndirici" adlandırıb. Baş nazir hökumətin ticarət danışıqlarının gələcək raundlarında milli maraqları əzmlə müdafiə etməyə davam edəcəyini və qarşıdan gələn tarif artımlarının Yaponiyanın ixracyönümlü iqtisadiyyatına təsirini yumşaltmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Trampın bu qərarı ABŞ-Yaponiya münasibətlərinə necə təsir edəcək? Trampın hazırkı iqtisadi siyasəti ABŞ üçün nələr vəd edir?

Mövzu ilə bağlı iqtisadçı Razi Abasbəyli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, əslində ABŞ Yaponiyanın ən yaxın iqtisadi tərəfdaşlarından biridir. Bu fonda rüsumların artırılması iki ölkə arasında idxal-ixrac əməliyyatlarına ciddi təsir göstərəcək:

"İki ölkə arasında yaranan çətinlik Yaponiyanın xərclərinin artmasına səbəb olacaq. Sadəcə məsələ yalnız Yaponiyanın zərər göməsi ilə yekunlaşmır. ABŞ-dəki kənd təsərrüfatı ixracatçılarının Yaponiya ilə ticarətləri böyük oduğuna görə yeni qərardan sonra ciddi problemlərlə üzləşəcəklər. Məhz amerikalı fermerlər aqrar sahə üzrə əziyyət çəkəcəklər. O cümlədən, digər sənaye məhsullarının idxal və ixrac qiymətlərində artım qeydə alınacaq".

Razi Abasbəyli: Bu addımlardan həm də Amerika əziyyət çəkəcək

R.Abasbəyli hesab edir ki, bütövlükdə Yaponiya bundan sonrakı mərhələdə ABŞ ilə ticarət münasibətlərində risk səviyyəsini yüksək götürəcək və ehtiyatlı davranış sərgiləyəcək.

"Çox güman ki, növbəti ticarət anlaşmalarında Yaponiya bir ölkə olaraq öz maraqlarını qorumaq naminə müəyyən əks addımlar atacaq. Bu addımlardan həm də Amerika əziyyət çəkəcək", - deyə iqtisadçı vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR