Beynəlxalq Cinayət Məhkəməsi Taliban liderləri barəsində həbs qərarı çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin saytında bildirilib.
Məlumata görə, Taliban Ali Rəhbəri Heybətullah Axundzadə və ədliyyə naziri Əbdül Hakim Həqqani bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.
Sözügedən Taliban rəsmiləri qadınlara qarşı təzyiq göstərməkdə, Əfqanıstan xalqının fundamental hüquq və azadlıqlarını pozmaqda, onları təqib etməkdə, eləcə də bir sıra digər cinayətlərdə günahlandırılır ki, bunlara işgəncə, adamqaçırma, həbs, qətl və təcavüz daxildir.
Qeyd edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyətə gəlib.