Pekin ABŞ-dən Tibet Muxtar Bölgəsi ilə bağlı məsələlərə müdaxiləni dayandırmağı tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Belə ki, Çin XİN sözçüsü Mao Ninq ABŞ dövlət katibi Marko Rubionun Dalay Lamanın doğum gününü qeyd etməsinə münasibət bildirib.
O, Tibetin daxili məsələ olduğunu və Dalay Lamanın bölgə xalqını təmsil etmədiyini vurğulayıb.
Mao ABŞ-ni bu məsələ ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb. Çin Vaşinqtonu məsələnin həssaslığını nəzərə almağa səsləyib.
Əli Hüseynov