Bazar günü Günəşin cənub qütbü yaxınlığında müstəsna dərəcədə böyük plazma partlayışı qeydə alınıb.
Bakıvaxt.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
Alimlərin fikrincə, bu, Günəşdə son illərdə qeydə alınan ən böyük partlayışlardan biridir.