• Bakı 19° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Spaletti İtaliya millisindən QOVULDU

İDMAN

08 Iyun 2025 | 18:43

Spaletti İtaliya millisindən QOVULDU

"İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina mənə tutduğum vəzifədən uzaqlaşdırıldığımı dedi".

Bakıvaxtı.az championat.com-a istinadla xəbər verir ki, bunu İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti mətbuat konfransında deyib.

"Dünən axşam danışdıq və o, mənə dedi ki, millinin baş məşqçisi vəzifəsindən azad olunacağam. Təəssüf edirəm, amma mən təslim olmaq fikrində deyiləm. Xüsusən işlər pis gedəndə qalmağa və öz işimi yerinə yetirməyə üstünlük verərdim. Buna rəğmən, bu, vəzifədən azad edilmədir və onu qəbul etmək lazımdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, İtaliya millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səfərdə Norveçə 3:0 hesabı ilə uduzması Spallettinin istefasını gündəmə gətirmişdi.

İtaliya millisi iyunun 9-da Moldova ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

07 Iyun 2025