• Bakı 25° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gürcü futbolçular Fransada qarət edilib

İDMAN

09 Iyun 2025 | 09:43

Gürcü futbolçular Fransada qarət edilib

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.

Bakıvaxtı.az "Geo Team"a istinadən xəbər verir ki, hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.

Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi "Sent-Etyen" isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.


SON XƏBƏRLƏR

08 Iyun 2025