• Bakı 27° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

İspan klubundan “Qarabağ”ın oyunçusuna təklif

İDMAN

09 Iyul 2025 | 00:33

İspan klubundan “Qarabağ”ın oyunçusuna təklif

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk İspaniya La Liqasından təklif alıb.

Bakıvaxtı.az bildirir ki, Ukrayna mətbuatı 25 yaşlı vingerə maraq göstərən klubun adını açıqlayıb.

"Xsport.ua" saytı bildirir ki, La Liqa təmsilçisi "Valyadolid" ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istəyib. Lakin "Qarabağ" bu təklifə müsbət cavab verməyib.

Xatırladaq ki, Aleksey Kaşuk keçən mövsüm "Qarabağ"ın heyətində 39 rəsmi oyunda iştirak edərək 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

08 Iyul 2025