• Bakı 28° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

“Sabah” son dəqiqə qolu ilə uduzdu

İDMAN

08 Avqust 2025 | 00:32

“Sabah” son dəqiqə qolu ilə uduzdu

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu Bolqarıstanda “Levski” kollektivinin qonağı olub.

Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu - 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR

07 Avqust 2025