• Bakı 26° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

13 nəfəri öldürən "manyak" Ukrayna Silahlı Qüvvələrində

DÜNYA

09 Iyun 2025 | 09:42

13 nəfəri öldürən manyak Ukrayna Silahlı Qüvvələrində

Rusiyada 13 rusu qətlə yetirən Luqansk vilayətindən olan Dmitri Voroşilov Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, “Meşə manyakı” ləqəbli Dmitri Voroşilov cinayətlərini 1990-cı illərdə Samara vilayətində törədib. O, meşəyə gələnlərə hücum edib və qurbanlarına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qeyd olunub ki, Voroşilov Luqansk vilayətinin Loskutovka şəhərində doğulub boya-başa çatıb. Xidməti zamanı o, Samara vilayətinə təyinat alıb. Orada daxili xidmətin mayoru rütbəsinə qədər yüksəlib.

15 il müddətinə azadlıqdan məhrum edilən Vorooşilov 2012-ci ildə azad edilib və Luqansk vilayətindəki kəndinə gedib.

2022-ci ildə isə Dnepropetrovsk vilayətinə köçüb və burada Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

08 Iyun 2025