• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Moskvada tornado xəbərdarlığı edildi

DÜNYA

08 Iyun 2025 | 22:28 | Müəllif: Subhan Mahmudov

Moskvada tornado xəbərdarlığı edildi

Rusiyanın paytaxtı Moskvada pis hava və qeyri-sabit atmosfer səbəbindən kiçik tornadoların yaranması riski yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

Qeyd edək ki, bu gün Moskva vilayətində gün ərzində ikinci güclü tufan başlayıb.

Hazırda paytaxtda güclü yağış müşahidə olunur. Moskva vilayətinin bəzi yerlərində güclü dolu yağır, külək isə güclənməkdədir.

Paytaxtda Moskva Dairəvi Yolu (MKAD) leysandan sonra qismən suyun altında qalıb.

Hava limanlarının fəaliyyətində məhdudiyyət tətbiq edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026