• Bakı 23° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

ABŞ-lə danışıqların altıncı raundu ilə bağlı qərar hələ verilməyib

DÜNYA

09 Iyun 2025 | 15:15

ABŞ-lə danışıqların altıncı raundu ilə bağlı qərar hələ verilməyib

İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Bəqai qeyd edib ki, İran müvafiq vaxtda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ-la danışıqların altıncı raundunun tarixini və yerini açıqlayacaq.

"Hazırda danışıqların altıncı raundu ilə bağlı jurnalistlər üçün heç bir məlumatım yoxdur. Qərar qəbul olunarsa, bu barədə daha sonra məlumat veriləcək", - İran XİN rəsmisi deyib.

Onun sözlərinə görə, İran təşəbbüsünü Oman vasitəsilə ABŞ-a ötürəcək:

“İran xalqının mənafeyini və hüquqlarını nəzərə almayan hər hansı plan – istər dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsi sahəsində, istərsə də qeyri-qanuni sanksiyaların ləğvi baxımından – qəbuledilməzdir. Biz öz təşəbbüsümüzü yekunlaşdırdıqdan dərhal sonra Oman vasitəsilə qarşı tərəfə ötürəcəyik. Bu təklifi ciddi şəkildə nəzərdən keçirmək əlbəttə ki, Birləşmiş Ştatların maraqlarına uyğundur", - o əlavə edib.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların beşinci raundunu keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "müəyyən, lakin yekun deyil"in əldə edildiyini bildirib.

İyunun 1-də Ağ Ev ABŞ-ın xüsusi nümayəndəsi Steven Uitkoffun İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı “ətraflı və məqbul” təklif göndərdiyini açıqlayıb.

“Axios”-un məlumatına görə, bu, İranın sonradan müəyyən ediləcək bir müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.

İyunun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, İran uranı zənginləşdirməməli, əks halda Vaşinqtonun nəticələri ilə üzləşməlidir.


SON XƏBƏRLƏR

08 Iyun 2025