Rusiyanın Tehrandakı səfirliyi konsulluq xidmətini bərpa edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN İranda təhlükəsizliklə bağlı vəziyyətin sabitləşdiyini və səfirliyin konsulluq xidmətinin bərpa edildiyini açıqlayıb.
Qeyd edək ki, İran və İsrail arasındakı münaqişə səbəbindən Rusiyanın Tehrandakı səfirliyi iyunun 15-də konsulluq xidmətlərini dayandırmışdı.