• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayırmaq niyyətindədir

DÜNYA

09 Iyul 2025 | 14:09 | Müəllif: Əli Hüseynov

Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayırmaq niyyətindədir

Avropa İttifaqı Ukraynanın müdafiə sektorunun maliyyələşdirilməsi fondu yaratmaq məqsədilə Kiyevə 100 milyard avro ayırmağı nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinin məlumatına görə, maliyyə yardımı Avropa İttifaqının növbəti yeddiillik büdcəsi üçün bu ayın sonunda Brüssel tərəfindən təqdim ediləcək təklifin bir hissəsi ola bilər. Üzv dövlətlər tərəfindən qəbul ediləcəyi təqdirdə, maliyyə yardımı 2028-ci ildən ödənilməyə başlanacaq.

Qeyd edək ki, yeni maliyyələşdirmə sazişi Avropa Komissiyasının Ukraynaya qrantlar və aşağı faizli kreditlər vasitəsilə yardım göstərdiyi mövcud model əsasında həyata keçiriləcək. Ödənişlərin əksəriyyəti Kiyevin Avropa İttifaqına üzvlüyü üçün tələb olunan islahatlarla bağlıdır.

Ekspertlərin sözlərinə görə, bu addım Ukraynaya dəstək yükünü ABŞ-ın deyil, Avropanın üzərinə atacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026