• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Gürcüstanın xarici borcunun məbləği açıqlanıb

DÜNYA

09 Iyul 2025 | 14:17

Gürcüstanın xarici borcunun məbləği açıqlanıb

Bu ilin I rübündə Gürcüstanın xarici borcunun məbləği 0,3 milyard ABŞ dolları artaraq aprelin 1-nə 25,5 milyard ABŞ dollarına çatıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, ölkənin xarici borcu ümumi daxili məhsulunun (ÜDM) 74,2 %-i qədərdir.

Ümumi xarici borcun 11 milyard ABŞ dolları dövlət zəmanətli borcdur, 88,6 %-i xarici valyutadadır.

Martın 31-nə, Gürcüstanın xalis xarici borcu isə 13,3 milyard ABŞ dolları olub ki, bu da ÜDM-in 38,7 %-nə bərabərdir.

Hesabat tarixinə qonşu ölkənin xalis dövlət borcu isə 6,7 milyard ABŞ dolları və yaxud ÜDM-in 18,4 %-i qədər olub.


SON XƏBƏRLƏR