"Berlin Kiyevə kömək etməyə davam edəcək".
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Onun sözlərinə görə, mövcud təhlükə vəziyyəti aydın şəkildə qiymətləndirilib və ilk vacib qərarlar qəbul olunub:
"Rusiyapərəstlərin müqavimətinə baxmayaraq, Ukraynaya kömək edəcək. Biz bu dəstəyi davam etdirəcəyik. Mən açıq şəkildə deyirəm ki, diplomatik vasitələr tükənib".
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə 40 milyard avrodan çox müxtəlif növ yardım edib.
Gülşən Şərif