• Bakı 23° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ronaldo rekordunu yenilədi

İDMAN

09 Iyun 2025 | 14:16

Ronaldo rekordunu yenilədi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millinin heyətində qolların sayına görə dünya rekordu qırıb. O, buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3-pen.) qolu ilə nail olub.

Bakıvaxtı.az xəbər verir ki, Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib.

Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasında da yarışıb, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.

40 yaşlı hücumçu həm də UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı iştirakçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR