• Bakı 27° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

“Qalatasaray” Osimhen ilə razılığa gəldi

İDMAN

09 Iyul 2025 | 11:00

“Qalatasaray” Osimhen ilə razılığa gəldi

“Qalatasaray” klubu nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı futbolçu ilə artıq “3+1” illik müqavilə barədə razılığa gəlib. Hazırda əsas diqqət Neapol klubunu razı salmağa yönəlib.

İtaliya klubu Osimhenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini tələb edir. Qalatasaray əvvəlcə bu məbləği 5 hissədə 50 və 60 milyon avro olmaqla ödəməyi təklif etsə də, “Napoli” prezidenti Aurelio De Laurentis 75 milyon üçün israr edir.

Türkiyə mətbuatına görə, “sarı-qırmızılar” son olaraq 75 milyon avronu 4 ilə 5 mərhələdə ödəməyi təklif edib. Klub rəsmilərinin bu gün bir araya gəlib görüşəcəyi və transferin yaxın zamanda yekunlaşa biləcəyi gözlənilir.


SON XƏBƏRLƏR