• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

"Çelsi" 110 milyon dollar qazanıb

İDMAN

09 Iyul 2025 | 10:13

Çelsi 110 milyon dollar qazanıb

ABŞ-də keçirilən klublararası dünya çempionatının finalçısı olan İngiltərə təmsilçisi "Çelsi"nin indiyədək yarışdan əldə etdiyi gəlir bəlli olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, "zadəganlar" 110 milyon dollar qazanıb.

Komanda finalda qalib gəlsə, gəlir 120 milyon dollara çatacaq.

Qeyd edək ki, "Çelsi" həlledici matçda PSJ (Fransa) - "Real" (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


SON XƏBƏRLƏR