• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

"Qarabağ" video-analitik məşqçisini potensial rəqiblərin oyununa göndərib

İDMAN

09 Iyul 2025 | 14:03

Qarabağ video-analitik məşqçisini potensial rəqiblərin oyununa göndərib

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununa "Qarabağ"ın hansı məşqçisinin yollandığı bəlli olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, video-analitik məşqçi Yanuş Vasilyev sözügedən qarşılaşma üçün İrlandiyadadır. O, matçı tribunadan izləyəcək.

Paytaxtı Dublindəki “Tolka Park” stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. "Qarabağ" II təsnifat mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR