• Bakı 22° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Sabahdan rayonlarda yağış yağacaq, bəzi çaylardan sel keçəcək

CƏMİYYƏT

10 May 2025 | 13:14

Sabahdan rayonlarda yağış yağacaq, bəzi çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

Şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.


SON XƏBƏRLƏR

09 May 2025