• Bakı 22° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər təqdim olunub 

CƏMİYYƏT

10 May 2025 | 13:36

20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər təqdim olunub 

Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib. 

Bakıvaxtı.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.

Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.


SON XƏBƏRLƏR

09 May 2025