• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Cenevrədə ABŞ-Çin danışıqlarıbaşlayıb

DÜNYA

10 May 2025 | 13:37

Cenevrədə ABŞ-Çin danışıqları başlayıb

İsveçrənin Cenevrə şəhərində Çin və ABŞ nümayəndələri arasında ticarət məsələlərinin həlli ilə bağlı danışıqlar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin dövlət xəbər agentliyi "Sinxua" məlumat yayıb.

Məlumata görə, görüşdə Çin Baş nazirinin müavini He Lipenq və ABŞ-nin maliyyə naziri Skott Bessent iştirak ediblər.

Danışıqlara yaxın mənbə danışıqların davam etdiyini təsdiqləyib.

Qeyd olunur ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında malların idxal rüsumlarının 100%-i ötməsinə səbəb olan bir neçə həftə davam edən gərginlikdən sonra tərəflər nəhayət danışıqlar üçün bir araya gəliblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

09 May 2025