Ümummilli Lider Heydər Əliyev rəssam olmaq istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov jurnalistlərə açıqlamasında deyib.
O, Ulu Öndərin heykəlinin müəllifi olduğunu xatırladaraq Heydər Əliyev ilə yaxın olduğunu bildirib:
"O mənə rəssam olmaq istədiyini deyirdi. Lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmayıb. Ona görə də başqa sahə üzrə oxuyub, sonra hərbi xidmətə yola düşüb. Onun heykəlinin hazırlanması üçün bir il çalışmışam".