• Bakı 25° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər

DÜNYA

10 May 2025 | 00:44

Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər

Yaxın Şərqdə müharibə genişlənə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.


SON XƏBƏRLƏR

09 May 2025