• Bakı 22° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

KİV: Donald Tramp Fələstin Dövlətini tanıdığını bəyan edəcək

DÜNYA

10 May 2025 | 13:51

KİV: Donald Tramp Fələstin Dövlətini tanıdığını bəyan edəcək

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Fələstin Dövlətini tanıdığını bəyan edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Media Line” mənbələrə istinadla məlumat yayıb.

ABŞ Prezidentinin Səudiyyə Ərəbistanına səfəri may ayının ortalarında gözlənilir. Səfər çərçivəsində Ər-Riyadda Körfəz-ABŞ sammiti keçiriləcək.

Adının çəkilməsini istəməyən diplomatik mənbə “The Media Line”a bildirib ki, Prezident Tramp səfəri çərçivəsində ABŞ-nin Fələstin Dövlətini tanıdığını bəyan edəcək. Nəşrin yazdığına görə, Amerika lideri Fələstinin HƏMAS-ın iştirakı olmadan qurulmasını istəyir. Mümkün bəyanatda bu da yer alacaq.

Mənbə həmçinin əlavə edib: “Amerikanın Fələstin Dövlətini tanıması barədə açıqlama verilərsə, bu, Yaxın Şərqdə qüvvələr balansını dəyişən çox ciddi bəyanat olacaq, bundan sonra çoxsaylı ölkə İbrahim sazişlərinə qoşulacaq”.


SON XƏBƏRLƏR

09 May 2025