• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Nazir: Ermənistanla təmaslar davam etdirilir

SİYASƏT

10 May 2025 | 11:58

Nazir: Ermənistanla təmaslar davam etdirilir

Ermənistanla bir neçə istiqamət üzrə təmaslar davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər naziri Ceyhun Bayramov məlumat verib.

Nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır:

“Hazırda Azərbaycanın Ermənistan tərəfinə müəyyən gözləntiləri var. Bunlara ilk növbədə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından tamamilə imtina etməsi və ATƏT-in Minsk qrupunun hüquqi və siyasi baxımdan ləğvi məsələsi daxildir. Bu istiqamətdə təmaslar mövcuddur, lakin hələlik ciddi və praktiki addımlar müşahidə olunmur”.

Nazir həmçinin AZAL-a məxsus təyyarənin Rusiyada baş vermiş qəzasına da münasibət bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiya tərəfi ilə əlaqə saxlanılır:

“Qarşı tərəf bildirir ki, hazırda istintaq davam etdirilir və aidiyyəti üzrə araşdırmalar aparılır”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 May 2025