• Bakı 22° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Razi Nurullayev: Vyanada Azərbaycanın mövqeyini bir daha çatdırdıq

SİYASƏT

07 Iyun 2025 | 19:08

Razi Nurullayev: Vyanada Azərbaycanın mövqeyini bir daha çatdırdıq

Dünən Vyanada Avstriyada Milli Müdafiə Akademiyasında Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzinin (ICEUR) təşkilatçılığı ilə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev və Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılı ilə İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və hakim Mülki Müqaviləsi Partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan arasında görüş təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya Razi Nurullayev biıdirib.

    R. Nurullayev qeyd edib ki, ICEUR hər il belə görüşləri təşkil edərək, Azərbaycan və Ermənistandan 2-3 partiya nümayəndəsini bir araya gətirir.

    Onun sözlərinə görə, bu görüşlərdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunur.

    Razi Nurullayev bildirib ki, Ermənistan müxalifəti barışmaz və qərəzli mövqeyi ilə seçilir, Baş nazir Nikol Paşinyanın güzəştlərə getdiyini, bunun fonunda sülh müqaviləsinin imzalanmasının uzandığını bildirir: “Qeyd etdik ki, Ermənistan özünü zəfər çalan Azərbaycan ilə bərabər tutaraq, az qala qalib ölkə kimi şərtlər də irəli sürür. Azərbaycanın mövqeyi budur ki, bütün mübahisələr həll edilmədən tez-tələsik sülh müqaviləsi imzalayıb gələcək nəsillərə problem saxlamaq olmaz.

    Sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişiklik etməli, Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla bərabər müraciət etməli, sərhədyanı ərazilərdə "Yerkrapah" hərbi təşkilatı Azərbaycana qarşı provokasiyalardan çəkinməli, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ təsbit edilməli, o cümlədən qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır. Məlum oldu ki, Ermənistan müxalifəti danışıqları Rusiya masasına yatırmaq və prosesi təzələmək fikrindədir. Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq. Biz Azərbaycanın dəyişməz mövqeyini bir daha vurğuladıq və onları regionda sülhün bərqərar olması üçün obyektiv mövqe nümayiş etdirməyə dəvət etdik”.

    Razi Nurullayev gələn ilə də belə bir görüşün təşkil olunacağını açıqlayıb.


    SON XƏBƏRLƏR

    07 Iyun 2025