• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Sülh danışıqları: Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan bəyanat eşidəcəyik

SİYASƏT

07 Iyul 2025 | 15:32

Sülh danışıqları: Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan bəyanat eşidəcəyik

"Azərbaycan və Ermənistan arasında sülh danışıqları dayanmayıb. Bağlı qapılar arxasında birbaşa kommunikasiya davam edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında  politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüşün olacağı deyilir:

"Əgər biz sülh müqaviləsinin mətninin bütün bəndləri ilə bağlı indiyədək razılaşmalara şahidlik etmişiksə, artıq digər nüanslar ortaya çıxıb. Bu nüanslarda BƏƏ-də, yaxud digər məkanlarda tərəflər arasında keçiriləcək görüşlərdə müzakirə ediləcək”.

Konkret ABŞ-nin prosesdə hansısa rol oynaya biləcəyinə gəlnincə, müsahibimiz qeyd edib ki, Amerika Cənubi Qafqazdakı proseslərdə bu və ya digər şəkildə rol oynayır. Dediyinə görə, kommunikasiya xətlərinin açılması ilə bağlı Ermənistan rəhbəliyi qərar verməlidir ki, hansı şərtlərlə bu xətlər açılacaq:

“Məlumdur ki, ABŞ prezidenti Donald Tramp tərəfindən kommunikasiyalarla bağlı təklif var. Çox güman ki, Ağ Ev rəhbərinin təklifi Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib".

Zaur Məmmədov: Kommunikasiya xətlərinin açılması ilə bağlı Ermənistan rəhbəliyi qərar verməlidir ki...

 Z.Məmmədovun qənaətincə, sadəcə olaraq Rusiyanın məsələyə reaksiyası hələ də müzakirə predmetidir:

"Ümumən, Bakı və İrəvan arasında çox ciddi məsələlər müzakirə olunmaqdadır. Bu məsələlərin nəticəli olması üçün hələlik qapalı səviyyədə qalması məqsədəuyğundur. Bəzi qonşularımız Cənubi Qafqazdakı proseslərə qıcıqla yanaşmasının əsas səbəbi Ermənistan-Türkiyə yaxınlaşması, Paşinyanın Türkiyəyə səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdir. Düşünürəm ki, əgər Paşinyan öz fikirlərində prinsipial olarsa, heç nədən çəkinməzsə, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan bəyanat eşidəcəyik".

Aydın Baxış


SON XƏBƏRLƏR